Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-20 12:30:00
ADNSU Beynəlxalq Ekoenergetika Akademiyası ilə əməkdaşlıq edəcək  

Beynəlxalq Ekoenergetika Akademiyasının prezident, professor Fəqan Əliyev və akademiyanın bir neçə əməkdaşı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru professor Mustafa Babanlı ilə görüşüb.

 

AzEdu.az  bildirir ki, görüşdə rektor Mustafa Babanlı universitetdə qazanılan uğurlar, qarşıda duran vəzifələr barədə məlumat verib. Qeyd edilib ki, Beynəlxalq Ekoenergetika Akademiyası ilə əməkdaşlıq həm universitet, həm də akademiya üçün müsbət nəticələr verəcək.

 

Professor Fəqan Əliyev ADNSU-nun ölkədə mühəndis kadrlarının hazırlanmasında və texniki elmin inkişafındakı müstəsna rolunu vurğulayıb.

 

Sonra akademiya ilə universitet arasında əməkdaşlığa dair memorandum imzalanıb.

 

Görüşdə, həmçinin ADNSU-nun İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin dekanı, dosent Fərid Ağayevə Beynəlxalq Ekoenergetika Akademiyasının texnika elmləri üzrə “Fəxri professor” diplomu verilib.