Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-16 11:22:00
Firudin Qurbanov:"Son 15 ildə 3500-dən çox yeni məktəb tikilib və əsaslı təmir olunub"  

"Son 15 ildə 3500-dən çox yeni məktəb tikilib və əsaslı təmir olunub".

 

AzEdu.az xəbər verir ki, bunu təhsil nazirinin müavini Firudin Qurbanov jurnalistlərə açıqlamasında bildirib.

 

Nazir müavini qeyd edib ki, ölkədə 4 400-dən çox məktəb var: "Bu məktəblərin əksəriyyəti rayonlarda, kəndlərdə yerləşir. Bunlar bizə Sovet İttifaqı dövründən miras qalıb. O vaxt həmin məktəblər uyğun olmayan binalarda yerləşdirilib. Ona görə də bu proses davam etdirilir. Bundan sonra da xüsusi investisiya proqramına uyğun olaraq ölkəmizin bütün məktəbləri müasir tələblər səviyyəsində əsaslı təmir olunacaq və harada lazım olsa, yeniləri tikiləcək. Bildiyiniz kimi, ən ucqar kəndlərdə modul tipli məktəblərin də tikintisi davam etdirilir".(Report.az)