Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-27 10:23:43
Məktəbəqədər hazırlıq qruplarına uşaq qəbulunun şərtləri açıqlandı

Məktəbəqədər hazırlıq qruplarına qəbul avqustun 15-dən sentyabrın sonuna qədər davam edəcək.

Bu barədə Təhsil Nazirliyindən AzEdu.az-a bildiriblər.

Məlumatda qeyd olunub ki, elektron sənəd qəbulu mektebeqebul.az saytı vasitəsilə həyata keçiriləcək.

Məktəbəhazırlıq qruplarına qəbul olunmaq üçün tələb olunan sənədlər: uşağın şəxsiyyəti təsdiq edən sənədin əsli və sürəti, uşağın mübadilə vərəqi (sağlamlıq haqqında arayış), 2 ədəd 3x4-ə rəngli fotoşəkil, məktəb direktorunun adına ərizə.

Bu qruplara həmin il 5 yaşı tamam olan uşaqlar qəbul edilir. Təhsil dövlət hesabına həyata keçirilir. Həftədə 4 gün olmaqla 12 məşğələ, bir gün ərzində 3 məşğələ təşkil olunur. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlər arası fasilə 10 dəqiqədir.

Məşğələlər hər il oktyabrın 1-də başlanılır və mayın 31-də başa çatır.

I yarımil: 1 oktyabr-26 yanvar, II yarımil:1 fevral-31 may

Məktəbəqədər hazırlıq qruplarına getməyən uşaqların I sinfə qəbuluna heç bir məhdudiyyət qoyulmur.

Qeyd edək ki, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Naftalan şəhərlərində və Abşeron, Yevlax, Samux rayonlarında məktəbəqədər hazırlıq qruplarına sənəd qəbulu elektron qaydada aparılacaq. Müvafiq qanunvericiliyə uyğun olaraq Təhsil Nazirliyinin icazəsi ilə bir sıra təhsil müsəssisələrində məktəbəqədər hazırlıq qruplarında təhsil ödənişli həyata keçirilə bilər. Zehni gərginlik tələb edən məşğələlərdə bir qayda olaraq hər 10 dəqiqədən bir idman dəqiqəsi keçirilib.  

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları