Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-14 13:33:00
Yeni tədris ilində "Rəqəmsal Bacarıqlar" layihəsi ölkəmizin 16 şəhər və rayonunu əhatə edəcək

2021-2022-ci tədris ilində "Rəqəmsal Bacarıqlar" layihəsi ölkəmizin 16 şəhər və rayonunu əhatə edəcək".

 

AzEdu.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev  facebook səhifəsində yazıb

 

Nazir bildirib ki , bu ilki plan üzrə layihəyə 250 məktəbdən 190 min şagirdin cəlb olunacağı gözlənilir:

 

"Tədris prosesində ümumi olaraq 1500-dən çox müəllim heyətinin iştirakı nəzərdə tutulub. Layihə şagirdlərin proqramlaşdırma və alqoritmik biliklərinin artırılması ilə yanaşı, məqsədyönlü və məntiqi düşüncə tərzinə malik şəxslər kimi formalaşmasında böyük əhəmiyyət daşıyır".