Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-13 15:46:00
Təhsil İnstitutu yeni “nəsil” riyaziyyat dərslik komplekti ilə bağlı vebinar təşkil edəcək  

Təhsil İnstitutu sentyabrın 15-də “İbtidai siniflərin I və II sinifləri üçün yeni “nəsil” riyaziyyat dərslik komplekti: innovativ quruluş, məzmun və təlim metodikası” adlı vebinar təşkil edəcək.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, vebinarın moderatoru Tədris resursları şöbəsinin müdiri pedaqogika üzrə fəlsəfə doktoru, dosent Rasim Abdurazaqov, spikerlər yeni “nəsil” I və II siniflər üçün riyaziyyat dərslik komplektinin müəlliflər qrupunun rəhbəri riyaziyyat üzrə fəlsəfə doktoru Zaur İsayev və dərslik komplektinin həmmüəllifi, Bakı şəhəri Zəngi liseyinin ibtidai sinif müəllimi İlahə Rüstəmova olacaq.

 

Vebinarın keçirilməsində əsas məqsəd müəllimləri, valideynləri və ibtidai təhsil mütəxəssislərini I və II siniflər üçün riyaziyyat dərslik komplektinin yenilənməsinin hansı zərurətdən irəli gəlməsi ilə tanış etmək, yeni “nəsil” riyaziyyat dərslik komplektinin quruluşu, məzmunu və təlim metodikasındakı innovativ yanaşmaların xüsusiyyətləri haqqında məlumat vermək və ictimaiyyəti maraqlandıran sualları cavablandırmaqdır.

 

Tədbir Təhsil İnstitutunun feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.