Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-12 10:25:00
 Kolleclərə xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 576 nəfər qəbul oldu  

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) tələbə qəbulunun nəticələri açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən  bildirilib ki, kolleclərə xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 576 nəfər qəbul olub. Onlardan 565 nəfəri Azərbaycan, 11 nəfəri isə rus bölməsində təhsil alacaq.

Xatırladaq ki, ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olan abituriyentlər (subbakalavrlar), həmçinin orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı portal.edu.az platforması vasitəsilə aparılacaq. Qeydiyyat tarixləri barədə əlavə məlumat veriləcək.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.