Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-11 11:35:00
Məktəblilərimizin 38-ci Balkan Riyaziyyat Olimpiadasındakı uğur qazanıb  

Kiprdə təşkil olunan 38-ci Balkan Riyaziyyat Olimpiadasında iştirak edən məktəblilərimiz uğurlu nəticə göstəriblər.

 

AzEdu.az xəbər verir ki, 18 ölkədən 108 məktəblinin virtual şəkildə qatıldığı yarışda komandamızın 2 üzvü gümüş medal, 1 üzvü isə həvələndirici mükafat qazanıb.

 

Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi  Fidan Qarayeva və  Bakı şəhəri 220 nömrəli məktəb-liseyin 11-ci sinif şagirdi Yusif Qasımov gümüş medal, Bakı şəhəri 72 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Cavad İsmayılzadə həvəsləndirici mükafat qazanıb.

 

Məktəblilərimizi təbrik edir və yeni uğurlar arzulayırıq!