Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-10 18:00:00
Peşə məktəblərinə fənn müəllimləri mərkəzləşdirilmiş işə qəbul müsabiqəsi vasitəsilə seçilir

2021/2022-ci tədris ili üzrə peşə məktəblərinə fənn müəllimləri Təhsil Nazirliyi tərəfindən həyata keçirilən müəllimlərin işə qəbulu müsabiqəsi vasitəsilə seçilir.

Bu barədə AzEdu.az-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üçün keçirilən vakansiya seçimi mərhələsinə peşə təhsil müəssisələri üzrə 46 vakant yer çıxarılıb. Bakı və regionlar üzrə təqdim olunan vakansiyalar Azərbaycan dili və ədəbiyyat, biologiya, coğrafiya, fizika, fiziki tərbiyə, informatika, ingilis dili, kimya və riyaziyyat fənlərini əhatə edir. Namizədlərə https://www.miq.edu.az/saytı vasitəsilə ilə şəxsi səhifələrinə daxil olaraq 4 vakant yer seçmək hüququ təqdim edilib.

Tutulmayan yerlər üzrə Təhsil Nazirliyi tərəfindən növbəti mərhələnin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, müəllimlərin işə qəbulu müsabiqəsində orta ixtisas və ya ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan vətəndaşları iştirak edə bilər.