Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-09 17:34:00
Nazirlik: Vaksinasiyadan keçməyən təhsil işçilərinin siyahısı hazırlanıb  

“Sentyabrın 22-dən etibarən əks göstəriş və immun sertifikatı olmayan təhsil işçiləri məktəblərə buraxılmayacaq”.

 

AzEdu.az xəbər verir ki, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev deyib.

 

O qeyd edib ki, təhsil işçilərinin siyahıları hazırlanıb və məktəblərdə ciddi monitorinqlərin keçirilməsi planlaşdırılır: “Məktəb rəhbərliyi prosesə nəzarət edəcək”.

 

R.Ağayev həmçinin məktəblərdə peyvənd məntəqələrinin ləğvi məsələsinə də aydınlıq gətirib: “Hazırda həmin məntəqələrin bərpası istiqamətində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə danışıqlar aparılır. Xatırladım ki, Bakıda 10, Sumqayıtda isə 2 belə məntəqə yaradılmışdı. Təhsil işçilərinin vaksinasiyası prosesinin sürətləndirilməsi üçün yaxın günlərdə həmin peyvənd məntəqələrinin yenidən bərpa edilməsi planlaşdırılır”.

 

Report.az