Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-09 12:38:00
Emin Əmrullayev:Erməni cinayətləri nəticəsində uşaqların təhsil hüququ məhdudlaşdırılıb

 

“Bütün dünya ictimaiyyəti törədilmiş bu vəhşiliklərə qarşı birlikdə səsini ucaltmalı, uşaqların təhlükəsiz gələcəyi üçün biganə qalmamalıdır”

 

AzEdu.az  xəbər verir ki, bunu  Təhsil  naziri  Emin  Əmrullayev öz  feysbuk  hesabında  qeyd  edib.

 

Nazir  Təhsilin  Hücumlardan  Beynəlxalq  Müdafisəi  Günü  münasibətilə  Ermənistanın  Azərbaycan məktəblərinə qarşı  törətdiyi hücumlara  diqqət  çəkib:

 

“Bu gün - 9 sentyabr tarixi Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 74/275 saylı qətnaməsinə əsasən Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilir.

 

Ermənistanın azərbaycanlı məktəblilərə qarşı törətdiyi müharibə cinayətləri nəticəsində uşaqların təhlükəsiz şəraitdə təhsil almaq hüququ məhdudlaşdırılmışdır. Bu səbəbdən şagirdlərimiz həyatını itirmiş, məktəblərimiz məhv edilmiş, yaxud qəzalı vəziyyətə düşmüşdür. Bütün dünya ictimaiyyəti törədilmiş bu vəhşiliklərə qarşı birlikdə səsini ucaltmalı, uşaqların təhlükəsiz gələcəyi üçün biganə qalmamalıdır”.

 

Nazir  son  olaraq – “Təhsil Nazirliyi olaraq hər bir vətəndaşımızı #EducationUnderAttack#UnitetoProtect həştəqləri altında ediləcək paylaşımlara dəstək olmağa çağırırıq”- deyə  qeyd edib.