Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-08 18:20:00
Müəllimlərin bu davranışları şagirdlərin öyrənmə prosesini zədələyir-Ekspertlər xəbərdarlıq edir

Müəllimlərin bir çoxunun 2 ortaq şikayəti var: kömək edərkən yetərsiz qalmaq və yardım etmək üçün əl uzatdıqlarında imtina edilməsi

 

Müəllimlər problem yarananda, onları necə həll edəcəklərini bilmədiklərindən yardım edə bilmirlər. Müəllim şagirdin davranışının qəbul edilməz olduğunu deyir, onun dəyişməsini, sanki problemi yoxmuş kimi davranmasını, hər şeyi bir kənara qoymasını istəyir. Müəllimin bu yanaşma dilinə “Qəbul etməmək dili” deyilir. Qəbul etməmək dili= əlaqənin on iki əngəli

 

AzEdu.az şagirdin öyrənməsinə maneə yaradan problemləri təqdim edir:

 

Əmr vermək

Onu et, bunu et, onu belə etmək lazımdır. Bu mesajlar şagirdlərin ehtiyaclarının vacib olduğunu göstərir. Şagirddə qorxu yaradır. Bəzən isə bu mesajlar şagirddə mənfi davranışlar meydana gətirə bilir.

 

Xəbərdar etmək, göz dağı vermək

 

“Son dəfə olsun, yoxsa mən nə edəcəyimi bilirəm”. Bu da şagirdin istəklərinə, ehtiyaclarına hörmət edildiyini göstərir.

 

Nəsihət vermək, problemə həll və tövsiyə gətirmək

 

“Özünə hədəflər qoymalısan, ondan sonra işləməyə başlaya bilərsən”. Bu cür mesajlar müəllimin, şagirdin problemlərini öz-özünə həll edə bilmə bacarığı olmadığına inandığının sübutudur. Tövsiyə vermək müəllimin şagirdi anlamadığının bir göstəricisidir.

 

Öyrətmək, mühazirə oxumaq, rasional düşüncələr irəli sürmək

 

“Çox az zamanın qaldığı halda sən hələ də oyun arxasınca qaçırsan”. Müəllim şagird əlaqəsində problem olmadığı zamanlarda öyrətmək, mühazirə oxumaq şagirdlər tərəfindən qəbul edilərkən, problemli zamanlarda  şagird öyrənməyə yetərsizlik duyğusu ilə reaksiya verə bilər”.

 

Mühakimə etmək, günahlandırmaq, razılaşmamaq

 

“Sən heç bir şeyi bacara biləcək gücdə deyilsən” Mənfi qiymətləndirmələr çox təhlükəlidir, uşağın özünə hörmətinin itməsinə səbəb olur. Nəticədə uşaq daha ziddiyyətli, mənfi qiymətləndirmələr etməyə başlayır.

Əxlaq dərsi vermək

 

“Düzünü de, niyə dərsini etmədin?” Bunlar xarici hakimiyyətin gücünü ortaya qoyur.

 

Ad qoymaq, lağa qoymaq

 

“Özünü körpə hesab edirsən hərhalda”. Bu şagirdlərin öz imicinə mənfi təsir göstərər. Şagirdlər bu tip mesajlara əks cavablar verirlər.

 

Rəy bildirmək, analiz etmək, diaqnoz qoymaq

 

“Məncə sən həqiqətləri görməzdən gəlirsən, heç məntiqli düşünmürsən”. Bu şagirdin hər hansı bir davranışının hansı məqsəd üçün etdiyini müəllim tərəfindən bilindiyini göstərən mesajdır.

Tərifləmək, eyni düşüncədə olmaq, müsbət qiymətləndirmə etmək

“Sən möhtəşəmsən, bunu da özün həll edə biləcək gücə sahibsən”. Həddindən artıq təriflənən şagirddə təriflənməyə qarşı asılılıq yaranır və təriflənməyəndə narahat olur. Yaxşı olmayan bir şagirdin təriflənməsi əks effekt verəcək.

 

Güvən vermək, dəstəkləmək, ovutmaq, duyğularını paylaşmaq

“Sənə güvənirəm, imtahana girən adam tək sən deyilsən, hər kəs bu sıxıntıları yaşayır”. Güvən vermək, problemli insanın şişirtdiyini, hadisələri anlamadığını, onlardan uzaq durduğunu və qeyri-real hisslər keçirdiyini hiss etdirir. Şagirdlər hisslərini dəyişdirməyə çalışan müəllimləri sevməzlər.

 

Sual vermək, sınamaq, sorğuya çəkmək

 

“Kömək istəmək üçün gecikmədin?” problemi olduğu zaman şagirddə şübhə oyadır. Şagirdlər çatışmazlıqlarını öyrənmək üçün sualların verildiyini düşünürlər.

 

Sözündən dönmək, yayındırmaq, lağa qoymaq, zarafatcıl davranmaq

“İndi olmaz, vaxtı deyil, daha sonra edə bilərik” bu mesajlar müəllimin şagirdi ilə maraqlanmadığını, ona dəyər vermədiyini göstərər.

Fidan Ali