Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-08 18:09:00
“Refleksiv müəllim” seminarına qeydiyyat davam edir  

Təhsil İnstitutunun Təhsil işçilərinin peşəkar inkişafı mərkəzi sentyabrın 10-u saat 11:00-da keçiriləcək “Refleksiv müəllim” seminarına qeydiyyat aparılır.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, onlayn seminarda VI sinif Azərbaycan dili dərsliyində olan “Məktub” mətni üzrə dərs icmalı müzakirə olunacaq. Seminar Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən müəllimlər üçün nəzərdə tutulub.

 

Aşağıdakı linkə daxil olaraq seminarda iştirak etmək üçün qeydiyyatdan keçmək mümkündür: https://forms.gle/s3b8uqScgfnCwT8L6