Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-08 16:12:00
Abituriyentlərin nəzərinə: UNEC-də sənəd qəbulu onlayn aparılacaq

2021/2022-ci tədris ili üzrə UNEC-ə sənəd qəbulu onlayn formada həyata keçiriləcək. 

 

AzEdu.az xəbər verir ki, abituriyentlər aşağıda qeyd olunan sənədlərin elektron versiyasını UNEC-in rəsmi səhifəsinə (unec.edu.az)  daxil olaraq tələbə kabineti  qeydiyyat bölməsinə keçid almaqla  (kabinet.unec.edu.az) sistemə yükləməlidir. Sənədlərin elektron versiyasını  sistemə yükləməzdən öncə təlimat və video materialla tanış olmaq tövsiyə olunur.

 

Video təlimat: https://www.youtube.com/watch?v=czOkTG1XwqE

 

Bundan əlavə, abituriyentlər mütləq portal.edu.az saytından da qeydiyyatdan keçməlidir.

 

Portal.edu.az-da qeydiyat etməyən şəxslər DİM tərəfindən qəbul olunmamış şəxs kimi hesab ediləcək və barəsində qəbul əmri verilməyəcəkdir.

 

Dövlət sifarişi və ödənişli əsaslarla qəbul olan abituriyentlərin qeydiyyatı  üçün tələb olunan sənədlər:

 

  1. Fotoşəkil (ağ fonda);
  2. Şəxsiyyət vəsiqəsinin surəti;
  3. Təhsil haqqında sənəd - Attestatın əsli; (subbakalavrlar üçün- diplom və ya arayış)
  4. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti (oğlanlar üçün);
  5. Sağlamlıq haqqında tibbi arayış;
  6. Ödəniş qəbzi (yalnız ödənişli əsaslarla qəbul olanlar üçün).

 

QEYD1: ödənişli əsaslarla UNEC-ə qəbul olan abituriyentlər qeydiyyatdan keçərkən I ilin təhsil haqqının minimum 50%-ni ödəməlidir.

 

QEYD2: Qeydiyyatdan keçmək üçün abituriyentlərin aktiv istifadə etdikləri elektron poçt ünvanının (e-mail) olması vacibdir, həmçinin qeydiyyat zamanı abituriyentlərin iş nömrəsi və parolu tələb olunur.

 

Abituriyentlər təhsil haqqını UNEC-ə necə ödəyə bilər?

 

Abituriyentlər təhsil haqlarını 4 üsulla ödəyə bilərlər:

 

  • “Kapital Bank”ın ödəniş terminalları vasitəsilə. Ödəniş edərkən tələb olunan məlumatları daxil etmək mütləqdir (fakültə və qrup barədə məlumat xanasında isə abituriyentin iş nömrəsi qeyd edilir);
  • UNEC-in hesabına birbaşa mədaxil etməklə. Bu əməliyyatı “Kapital Bank”ın filial və şöbələrində etmək mümkündür.
  • Onlayn qaydada Hökümət Ödəniş Portalı vasitəsilə: https://gpp.az/ Bütün ödənişlər-Təhsil- Ali Təhsil Müəsisələri- Şəxsiyyət vəsiqəsinin FİN kodunu daxil edərək ödəniş edə bilərsiniz.
  • Digər hesablardan UNEC-in bank hesabına köçürmə yolu ilə. 

 

UNEC-in bank rekvizitləri:

 

“Kapital Bank” ASC-in Səbail filialı

Filialın kodu 200059

VÖEN 9900003611

SWIFT kod AIIBAZ2X

Müxbir hesab AZ37NABZ01350100000000001944

Benefisiarın adı Azərbaycan Dövlət İqtisad Universiteti

Benefisiarın hesabı AZ96AIIB33010019443507362105

VÖEN 1700091281

Ödənişin təyinatında tələbənin soyadı, adı və atasının adı, eləcə də iş nömrəsi qeyd edilməlidir.

 

Təhsil haqqından azad olunan abituriyentlərdən tələb olunan sənədlər:

 

1. I və II dərəcə əlilliyi olan şəxslər, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək abituriyentlər:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumat. (Forma 88). Arayışlar elektron formada olmadıqda arayışın surəti notarial qaydada təsdiq edilməlidir.

 

2. Məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları: 

Tələbənin cari ilin sonunadək qeydiyyatdan keçirilmiş məcburi köçkün vəsiqəsinin, notarial qaydada təsdiq edilmiş surəti.

3. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar:

 

Vəfat etmiş valideyinin (valideynlərin) ölüm haqqında şəhadətnaməsinin surəti, digər valideyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumat. (Forma 88) Arayışlar elektron formada olmadıqda arayışın surəti notarial qaydada təsdiq edilməlidir.

 

Əyani formada təhsil alan 23 yaşınadək şəxslərə aiddir.

 

  1. Şəhid ailəsinin üzvü olan abituriyentlər –
  • Şəhid ailəsi vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;
  • 18 yaşı tamam olan abituriyentlər şəhid ailəsinin üzvi kimi vəsiqənin surətini, vəsiqəsi olmayanlar doğum haqqında şəhadətnamənin surətini təqdim etməlidir
  • Mərhum valideynin ölüm haqqında şəhadətnaməsinin surəti.

QEYD: 18 yaşı tamam olan abituriyentlər şəhid ailəsinin üzvü kimi müstəqil vəsiqə almalıdır. Təhsil haqqından 23 yaşı tamam olana kimi azad olunur.

 

5. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumat (Forma 88). Arayışlar elektron formada olmadıqda arayışın surəti notarial qaydada təsdiq edilməlidir.(Əlilliyin səbəbi sərəncamda göstərildiyi kimi olmalıdır).

 

5a. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları:

 

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən valideynin Azərbaycan Respublikasının  müdafiəsi zamanı həlak olması barədə sənəd. Arayış və ya əmrdən çıxarış (itkin düşənin ölmüş elan edilməsi haqqında məhkəmənin qərarı).

 

Qeyd: Abituriyentlər karantin bitdikdən sonra göstərilən təhsil haqqında sənədin əslini və təhsil haqqından azad olma barədə sənədlərin notarial qaydada təsdiq olunmuş surətini dekanlığa təqdim etməlidirlər.

 

Qeydiyyat zamanı qəbul olduğum fakültə ilə necə əlaqə saxlaya bilərəm?

 

UNEC-in fakültələrinin (məktəb/mərkəz) qaynar xətləri, facebook səhifələrini və elektron ünvanlarını təqdim edirik.

 

Onlayn qeydiyyat zamanı hər hansı sualımız yaranarsa müraciət edə bilərsiniz.

 

1) Maliyyə və mühasibat fakültəsi
https://www.facebook.com/unecmmf.qaynarxett
492-7731; [email protected]

2) İqtisadiyyat fakültəsi
https://www.facebook.com/igtisadiyyat/
564-3853; [email protected]

3) Biznes və menecment fakültəsi
https://www.facebook.com/Biznesvemenecment
440-1269; [email protected]

4) Türk Dünyası İqtisad fakültəsi
https://www.facebook.com/tudifakunec/
440-5749; [email protected]

5) Beynəlxalq İqtisadiyyat məktəbi
https://www.facebook.com/ISE-International-School-of-Economics-105241808062736/
492-6091; [email protected]

6) Rus İqtisad məktəbi
https://www.facebook.com/unecResh
564-6788; [email protected]

7) Mühəndislik fakültəsi
https://www.facebook.com/groups/207936977210975/
492-5903 (daxili 1215); [email protected]

8) Qiyabi və Əlavə təhsil mərkəzi
https://www.facebook.com/unecqetm/
564-3266; [email protected]

9) Rəqəmsal iqtisadiyyat fakültəsi
492-5903(daxili 1320); [email protected]

10) UNEC Dizayn məktəbi
https://www.facebook.com/unecdizayn/
055-354-42-25; [email protected]

11) Zaqatala İqtisad məktəbi
https://www.facebook.com/UNECZaqatalaQaynarxett/
050-299-11-60; [email protected]

12) Sənəd Qəbulu Komissiyası
[email protected]
https://www.facebook.com/unecsqk2021/

492-59-03 (daxili 1322)
492-59-03 (daxili 1323)