Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-08 13:48:00
Boş qalan plan yerlərinə ixtisas eçimi edən abituriyentlərin sayı AÇIQLANDI  

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi davam edir.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, abituriyentlərin ixtisas seçimi sentyabrın 10-dək aparılacaq. Bu gün saat 13:20-dək olan məlumata görə, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta təhsil bazasında kolleclərə qəbul olmaq üçün 10 min 416 abituriyent ixtisas seçimi edib.

 

Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin boş qalan yerlərə və kolleclərə qəbul üçün keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur.