Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-08 13:01:00
Məktəb psixoloqları üçün seminar təşkil edilib  

Təhsil İnstitutunun Təhsil işçilərinin peşəkar inkişafı mərkəzi tərəfindən “Məktəb psixoloquna dəstək” layihəsi çərçivəsində onlayn seminar təşkil olunub.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, “Şəxsi və peşəkar inkişaf” mövzusunda təşkil olunan seminarda 25 nəfərdən artıq məktəb psixoloqu iştirak edib. Seminarın moderatoru beynəlxalq dərəcəli təlimçi Orxan Həsənov olub.

 

Tədbir iştirakçıları inanc sistemləri, onların bizim həyatımıza təsiri, hədəflərin təyin olunması, motivasiya və iradə, vaxtın səmərəli planlaşdırılması və s. mövzular barədə məlumat alıb və fikir mübadiləsi aparıblar.

 

Məktəb psixoloqları üçün bu mövzuda seminarlar davam etdiriləcək.