Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-06 15:12:00
DİM: Bu il IV və V ixtisas qrupları üzrə 9 faizdən çox plan yeri boş qalıb

Bu il I mərhələdən sonra I ixtisas qrupu üzrə 13.2 faiz, II ixtisas qrupu üzrə 14.59 faiz, III ixtisas qrupu üzrə 1.32 faiz, IV ixtisas qrupu üzrə 9.87 faiz, V ixtisas qrupu üzrə isə 9.54 faiz plan yeri boş qalıb.

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, I və II ixtisas qrupu üzrə boş qalan plan yerlərinin sayının (müvafiq olaraq 2040 və 1971 yer) daha çox olacağı əvvəlcədən məlum idi. Belə ki, müsabiqə şərtlərini (ümumi 200, imtahanının 2-ci mərhələsi üzrə 100 bal) ödəyən və ixtisas seçiminə buraxılanların sayı mövcud plan yerlərinin sayı ilə müqayisədə az idi.