Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-06 10:20:00
Müxtəlif ölkələrin məktəb həyatından maraqlı ənənələr
Müxtəlif ölkələrin məktəb həyatında maraqlı ənənələr var. 
 
 
 
AzEdu.az  təqdim edir
 
 
Çində şagirdlərin şparqalkalardan istifadəsi məktəb cinayəti hesab olunur. Yalnız bir dəfə yaxalandıqdan sonra uşaqlar imtahanlardan və sertifikatlardan (gələcəkdə isə layiqli işlərdən) uzaqlaşdırılır. 
 
 
Almaniyada tədris ilinin əvvəlində dördüncü sinifdə iki həftə velosiped sürmək imtahanına hazırlaşırlar. Bu ekoloji nəqliyyat növündən istifadə etmək son dərəcə təqdir olunur. Dərsləri buraxmağa görə isə böyük cərimə tətbiq olunur.
 
 
Yaponiya məktəblilərinə dərs zamanı yatmağa icazə verilir, ancaq yalnız 10 dəqiqə. İstəyənlər əllərini qaldırıb parta arxasında yatırlar, müəllim isə yaxınlıqda taymer qoyur. O, tam 10 dəqiqə sonra zəng edəcək.
 
 
Hindistanda ilk məktəb günündə bayram keçirmək qadağandır, çünki bu rahatlamanın əlaməti hesab olunur. Mümkün qədər təlimə səfərbər olmaq lazımdır.
 
 
İtaliyada təhsil aldığı illər ərzində uşaqlar ən azı üç məktəbi dəyişdirməlidirlər. Təhsil sisteminin fikrincə, bu, onları həyatda dəyişikliklərə uyğunlaşdırır.
 
 
Avstraliyada hər məktəbin özünəməxsus xüsusi forması olmalıdır. Əksər hallarda şagirdlər dərslərdə başlarında işçilərin tarlalarda başlarına qoyduqları şapkalarla otururlar. Bütün məktəblərdə məcburi olaraq ilk dərsdə ilan sancmasına qarşı ilk yardımın göstərilməsi tədris olunur.
 
 
Böyük Britaniyada müəllimlərlə birgə şam yeməyi keçirmək adətdir ki, bu da məktəblilərlə münasibətləri yaxınlaşdırır.
 
 
Hollandiyada dərsdən qalma hallarına görə uşaqlar yox, analar və atalar məsuliyyət daşıyırlar. Üstəlik çox sərt: birinci dəfə böyük pul cəriməsi, ikinci dəfə isə valideynlər real həbsxana cəzası ala bilərlər. Bu, uşaqlarda inanılmaz intizam və öz valideynlərinə görə məsuliyyətliliyi tərbiyə edir.
 
 
Bali və İndoneziyada məktəblilər bilik və müdriklik tanrısını təsəvvür etmək üçün məcburi olaraq ayin rəqslərində iştirak edirlər.
 
 
Amerikada valideynlərdən müəllimlərə adi poçt vasitəsi ilə məktublar göndərilməsi təcrübəsi tətbiq olunur. Məktublarda valideynlər müəllimlərin işi haqqında fikirlərini bildirirlər. Bu məktublar sonralar müəllimlərin başqa məktəbə yerləşdirilməsi üçün məcburi xarakter daşıyır.
 
 
Oruc Mustafayev