Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-03 11:49:00
 10 nəfər azərbaycanlı Latviyada təhsil təqaüd proqramı qazanıb-Təhsil Nazirliyi

Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlığın nəticəsi olaraq 2021-2022-ci tədris ili üzrə Latviya Hökumətlərarası Təqaüd Proqramı üçün qarşı tərəfdən yüksək rəqabətlilik şəraitində keçirilən müsabiqə nəticəsində 10 nəfər azərbaycanlı bu ölkənin təqaüdünə layiq görülüb.

 

AzEdu.az xəbər verir ki, Latviya hökumətinin bu təqaüdünü qazanan 27 ölkə arasında Azərbaycan ilk beşlikdədir.

 

Seçim barədə Latviya tərəfindən verilən yekun qərar nəticəsində saziş üzrə Azərbaycan vətəndaşları Riqa Texniki Universiteti, Latviya Universiteti, Stradınış adına Riqa Universitetində müxtəlif ixtisaslar və təhsil səviyyələri üzrə təhsilini davam etdirmək hüququ qazanıb.

 

Qeyd edək ki, müvafiq təqaüd proqramı bu il fevralın 4-də elan olunmuşdu.