2021-09-02 11:26:00
Valideynlər imtahanda zəif nəticə göstərən övladlarını necə məhv edirlər? – Psixoloqlardan həyəcan siqnalı
İlin sonuncu qəbul imtahanlarına bir neçə gün qalıb. Abituriyentlər ikinci dəfə imtahan verməklə, sonun cu şanslarından yararlanırlar. Lakin bəziləri istər birinci, istərsə də ikinci imtahan zamanı zəif nəticə bvcjgöstərməklə, psixoloji yenilgidən özlərini xilas edə bilmirlər. Bunun bir çox səbəbləri var. Bəlkə də ən birincisi, valideyn basqısıdır.
Lakin valideynlər xüsusən bu ərəfələrdə diqqətli olmalı, övladlarının belə həssas məqamlarında onlara diqqət ayırmalıdırlar.
Ümumiyyətlə, imtahanlardan sonra abituriyentlərin nəticəsi zəif olduğu halda ailələrin diqqət etməsi lazım olan məsələlər hansılardır?
Bununla bağlı AzEdu.az psixoloqların fikrini öyrənib:
Psixoloq Gülnarə Səttarovanın sözlərinə görə , valideynlər də övladları ilə birlikdə sanki imtahana girir, onlarla birlikdə həyəcan keçirir, bəzən, sevinib, bəzənsə, birlikdə kədərlənirlər. Bu, isə çox böyük xətadır:
"Valideynlər bununla uşaqlarını motivasiya etdiklərini düşünüb hər dəfə bu haqda danışırlar. Qatılacaqları imtahanların onların həyatında nə qədər önəmli olduğunu , gələcəkdə uğurlu fərd ola bilmələri üçün mütləq bu imtahanı qazanmalarının vacibliyini dönə-dönə xatırlayırlar.
Əvəzində, imtahan nəticəsinin uğursuz olduğu halda valideynlərin bu kimi psixoloji təsirləri abituriyentdə müəyyən şüuraltı zədələrin yaranmasında mühüm rol oynayır”.
Onun sözlərinə görə , imtahanlardan sonra valideynlər uşaqlarını nəticədən asılı olmayaraq, mükafatlandırmalıdırlar. İmtahan ballarını hesablamaq, "görəsən, hansı universitetə, fakültəyə daxil olacaq” təxminlərini etmək yerinə, birlikdə dincəlmək və zaman keçirməyə qərar verməlidilər:
"Gələcəklə bağlı neqativ düşünmək gənclərin ovqatına daha pis təsir edər.
Gələcəkdə bağlı hər zaman bir seçim və ümid var. İmtahan nəticələri bilinmədən ehtimallar və seçimlər üzərində danışmaq çox yararlı olmaya bilər. Bu, əksinə uşaqlara olan sağlam münasibətlərinizə zərər verə bilər. Başqalarının yanında inam qazandırmaq lazımdır, tənqid etmək yox! İmtahan nəticəsinə hazırlıqlı olmaq lazımdır!
Nəticə nə olursa, olsun valideynlər uşaqla bağlı üzərinə düşən vəzifə və öhdəlikləri yerinə yetirməlidirlər. Seçimləri düzgün dəyərləndirməli , sakit və ağıllı davranmalıdırlar. Həyat və imtahan bir-birindən çox fərqli ola bilər. Çünki imtahanda uğursuzluqla qarşılaşmaq, həyatda da hər zaman uğursuzluqlarla qarşılaşmaq demək deyil. Abituryent imtahanda gözlədiyi nəticəni əldə etməmişsə, çalışmaq istəyi varsa və bacarığına inanırsa təkrar hazırlamasına, dəstək olun. Uşağınız təkrar girmək istəmirsə, həyata atılmağına kömək edin. Unutmayın! Həyatda bacarıqlı və xoşbəxt olmanın tək yolu imtahan qazanmaq deyil, iş həyatına başladıqdan sonra təhsili tamamlamaq mümkündür. Universitet oxumadığı halda belə həyatında çox xoşbəxt və işində bacarıqlı olan insanlar vardır”.
Psixoloq Arzu Məmmədovanın sözlərinə görə, əgər övladınız öz potensialına uyğun, yaxud, ondan aşağı bal toplayıbsa, bu zaman dünyanın sonu olmadığını bilməliyik çünki hər il qəbul imtahanları olur:
"Dövlətimiz abituryentlərə ümumiyyətlə, tələbə adını qazanmaq istəyən vətəndaşlara çox gözəl şərait yaradıb ki, onlar dəfələrlə öz şanslarını, biliklərini yoxlasınlar. Bu şansı valideynlər dəyərləndirməyi bacarmalıdırlar.
Övladınıza birinci növbədə dəstək olmalısınız, onunla dost kimi davranmalısınız. Əgər o, sizi yanında bir dost kimi bilsə, daim problemlərini sizinlə bölüşəcək. Əgər siz söyləsəniz ki, "qonşunun uşağı qəbul oldu, sən qəbul ola bilmədin” bunun kimi və s. sözlər işlənilsə, o zaman təbii ki,uşaqda ağır psixoloji problemlərə, depresiyyalara, intihara , qidalanma nevrozlarına, nevrotik hallara rast gələcəkdir. Ona görə də bu halların qarşısını almaq üçün mütləq ailə dəstəyi lazımdır”.
Bu bölməyə aid digər xəbərlər
DİM-də növbəti təlim
2024-04-29 17:37:15
DİM-də təlim keçirilib
2024-04-29 16:40:00
İngilis dili fənni üzrə ekspertlərlə görüş keçirilib
2024-04-29 16:27:04
Hakimliyə namizədlər imtahana buraxılış vərəqəsini çap edə bilərlər
2024-04-26 17:46:41
GRE General Test imtahanı keçirilib
2024-04-25 15:10:00
Beş nəfərin nəticəsi ləğv olunub, 6 nəfər 300 bal toplayıb
2024-04-19 20:21:00
Martın 17-də keçirilmiş buraxılış imtahanının nəticələri elan OLUNDU
2024-04-19 20:20:00
DİM-də təlim təşkil edilib
2024-04-19 17:23:07
DİM-də təlim keçirilib
2024-04-17 17:49:00
Dövlət qulluqçuları üçün təlimlər keçirilir
2024-04-16 17:16:33
kitabı
ÇOX OXUNANLAR
20 Aprel 2024, 17:42
300 bal toplayan 9-cular - Onlar bu liseyin şagirdləridir
22 Aprel 2024, 09:57
7 aprel buraxılış imtahanının nəticələri bu tarixdə AÇIQLANACAQ
22 Aprel 2024, 13:12
Bu uşaqlar I sinfə avtomatik qəbul olunacaq
22 Aprel 2024, 11:53
21 aprel buraxılış imtahanındakı testlərin doğru cavabları AÇIQLANDI
24 Aprel 2024, 13:39
“Təhsil haqqında” qanuna dəyişiklik edildi - FƏRMAN
22 Aprel 2024, 11:12
Beynəlxalq olimpiadaya vəsiqə qazanmış yeganə azərbaycanlı şagird - Foto
23 Aprel 2024, 14:27
"İlin gənc müəllimi-2023"- “TOP-50-lik” – SİYAHI
19 Aprel 2024, 20:53
Bu məktəblərin şagirdləri maksimum bal TOPLADI
FACEBOOK