Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-31 13:27:00
Dərs ili distant formada bərpa olunacaq - Gürcüstanda

Gürcüstanda yeni dərs ili sentyabrın 15-dən etibarən distant formada bərpa olunacaq.

 

AzEdu.az xəbər verir ki, bu barədə qərar Gürcüstanın Dövlət Qurumlarıarası Koordinasiya Şurasının iclasına qəbul edilib.

 

Qərara əsasən, bu qaydada tədris prosesi oktyabrın 4-dək davam edəcək.

 

Ali və peşə məktəblərində də analoji qayda tətbiq olunacaq.

 

Digər qərarla dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə oktyabrın 4-dək məhdudiyyət tətbiq ediləcək.