Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-30 12:00:00
Yüksək texniki peşə təhsilini tədris edəcək müəllimlərin işə qəbulu davam edir  

Peşə təhsili müəssisələrinə yüksək texniki peşə təhsil səviyyəsi üzrə tədris aparacaq müəllimlərin işə qəbulu müsabiqəsi davam edir.

 

AzEdu.az xəbər verir ki, iştirak etmək istəyən namizədlər 5 sentyabr saat 23:59-dək "Müraciət forması"nı bölmələr üzrə tam doldurmalıdırlar. Hər bir müraciətçiyə ən çoxu 2 yaxın ixtisas üzrə 5 vakansiya seçmək hüququ verilir. Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi səhifəsində vakant yerlərin siyahısı yerləşdirilib.

 

Yüksək texniki peşə təhsil səviyyəsi üçün müəllim heyətinin işə qəbulu Bakı, Gəncə, Bərdə və Qəbələ şəhərləri üzrə aparılacaq. Müsabiqə çərçivəsində ümumilikdə 55 vakant yer elan olunub.

 

İşə qəbul müsabiqəsi 2 mərhələdən ( elektron müraciət və müsahibə mərhələləri) ibarətdir.

 

Qeyd edək ki, seçim zamanı müvafiq ixtisas üzrə təhsil, iş və tədris təcrübəsi, həmçinin xaricdə təhsilin olmasına üstünlük veriləcək.