Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-28 18:24:00
Paralimpiyaçımızdan qızıl medal və yeni dünya REKORDU   

Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarda daha bir qızıl medal qazanıb. 

 

AzEdu.az xəbər verir ki, bu uğura yığmamızın atleti Həmid Heydərli imza atıb. 

 

O, nizəatma yarışında 51,42 m göstərici ilə bütün rəqiblərini qabaqlayıb. Heydərli bu nəticə həm Paralimpiadanın qızıl medalını qazanıb, həm də dünya rekordunu ələ keçirib. 

 

Bununla da Azərbaycan yığmasının medal sayı 9-a çatıb. Komandamızın aktivində 7 qızıl, 2 bürünc medal var. (Apasport)