Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-28 17:25:00
Azərbaycanda son sutkada 100 mindən çox vaksin vurulub  

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 101 101 vaksin vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzEdu.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 60 650, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 40 451 nəfərdir.

 

Vurulan vaksinlərin ümumi sayı 6 594 858, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 990 054, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 604 804 təşkil edir.