Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-27 18:00:00
Azərbaycanda COVID-19-a yoluxanların sutkalıq sayı 4 mini keçib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4203 yeni yoluxma faktı qeydə alınıb, 1 724 nəfər müalicə olunaraq sağalıb.

 

AzEdu.az xəbər verir ki , analiz nümunələri müsbət çıxan 35 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 409 745 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 354 864 nəfər müalicə olunaraq sağalıb, 5 469 nəfər vəfat edib. 49 412 nəfər aktiv xəstə sayını təşkil edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 136, bu günə qədər isə ümumilikdə 4 395 646 test icra olunub.