Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-26 12:24:00
Universitet müəllimləri bitkoinlə rüşvət aldılar  

Rusiya İstintaq Komitəsi bitkoinlə rüşvət almaqla bağlı cinayət işi açıb. Şübhəlilər, kafedra müdiri və Moskva Dövlət Pedaqoji Universitetinin iki müəllimidir.

 

AzEdu.az xəbər verir ki, bu barədə RBK məlumat yayıb.

 

Universitet işçiləri dissertasiyaların müdafiəsi və elmi dərəcələrin verilməsinə görə rüşvət almaqda şübhəli bilinir.

 

Araşdırmalara görə, universitetin sosial pedaqogika və psixologiya kafedrasının müdiri Elena Levanova elmi dərəcə almaq istəyən namizəddən 384 min rubl alıb. Onun iki şəriki var idi - kafedranın baş müəllimi Kseniya Pleşakova və universitet əməkdaşı Vladimir Pleşakov.

 

Rüşvətlər bitkoində ödənilirdi və universitet işçilərinin anonim elektron pul kisələrinə köçürüldü. Levanovanın evində aparılan axtarışlar zamanı zərflərdəki pul və qeyd kitabçası tapılıb.(Modern.az)