Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-26 10:36:00
UNEC rektoru ABŞ-ın Əfqanıstana  investisiya yatırımından DANIŞDI

 

Azərbaycan  Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov  öz feysbuk hesabında ABŞ-ın 20 il ərzində Əfqanıstana investisiya yatırımının miqdarından bəhs  edib.

 

Rektor  ümumilikdə  investisiyanın  daha  çox  ayrıldığı sahələrə və yatırımın miqdarına diqqət çəkib.

 

AzEdu.az  rektorun  mövzu ilə bağlı paylaşımını təqdim edir:

 

“Əfqanıstanın yenidənqurulması üzrə baş inspektorun hesabatına əsasən 2001-2021-ci illərdə ABŞ Əfqanıstana 946 mlrd. dollar investisiya yatırmışdır.

Bu məbləğin 816 mlrd. dolları və ya 86 faizi Əfqanıstandakı ABŞ hərbçilərinin hərbi xərclərinə yönəldilmişdir. Qalan məbləğin 83 mlrd. dolları Əfqanıstan təhlükəsizlik qüvvələrinə, təqribən 10 mlrd. dolları narkotiklə mübarizə əməliyyatlarına, 15 mlrd. dolları Əfqanıstanda fəaliyyət göstərən ABŞ təşkilatlarına sərf edilmişdir. Qalan 21 mlrd. dollar və ya 946 mlrd. dolların cəmi 2 faizi “iqtisadi dəstək” tədbirlərinə və yaxud yoxsulluğun azaldılması məqsədilə əfqan xalqına xərclənmişdir”.