Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-25 17:12:00
Baş pediatr valideynləri uşaqların peyvəndlərini vurdurmağa çağırıb

“Hazırda ölkəmizdə digər dünya ölkələrində olduğu kimi koronavirusa qarşı ciddi şəkildə peyvəndləmə aparılır”.

 

AzEdu.az xəbər verir ki , bunu Səhiyyə Nazirliyinin “İnstagram” səhifəsindəki canlı yayımında Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov deyib.

 

Baş pediatr bildirib ki, digər peyvəndlərin vurulma faizində azalma müşahidə edilir: “Valideynlər uşaqları poliklinikaya aparmağa qorxur. Valideynlərə müraciət edirəm ki, koronavirus uşaqlarda çox nadir şəkildə ağır keçir. Xahiş edirəm, digər peyvəndləri vurdurun. Uşağınızın sağlamlığı sizin əlinizdədir. Rutin peyvəındlərin vurulduğu poliklinikalar var. Orada tam steril şəkildə valideynlərin girişi təmin edilir”.