Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-25 10:00:00
Məktəbli formaları neçəyə satılacaq? - AÇIQLAMA  

“2017-ci ildən bəri məktəbli formalarının qiymətində heç bir dəyişiklik yoxdur”.

 

AzEdu.az xəbər verir ki, bunu Bakı Tikiş Evinin satış şöbəsinin müdiri Etibar Əzimov deyib.

 

O bildirib ki, 2010-cu ildən məktəbli formaları hazırlanır və tikiş üçün materiallar Türkiyədən alınır:

 

“Yeni formalar hələ təsdiq olunmayıb. Ötən il istifadə olunan formalar satışa çıxarılıb. Tələbata uyğun olaraq kifayət qədər məktəbli forması hazırlanıb.

 

1-6-cı siniflər üçün 26-44 ölçüdə forma 40 manat, 7-11-ci siniflər üçün 32-54 ölçülü formalar isə 46 manatdır. 26-42 ölçülü tək şalvarlar 15 manat, 44-56 ölçüdə olanlar isə 18 manatdır.

 

Eynilə, tək yubkaların da qiyməti müvafiq olaraq 15 və 18 manatdır”.

Modern.az