Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-23 18:00:00
Həm arıqlayın, həm də sağlam qalın

Pəhrizə başlamazdan əvvəl hansı qidanın sizi kökəltdiyini aşkarlamağınız ən vacib amillərdən biri hesab olunur. Məhz ondan sonra elə pəhriz saxlayın ki, immunitetiniz zəifləyib, bədəninizin gücünü itirməyəsiniz.


AzEdu.az Axşam.az-a istinadən sizi həm gümrah saxlayacaq, həm də arıqladacaq pəhrizi təqdim edir:


I gün:

Səhər: Şəkərsiz çay, 1 fincan suda bişmiş, yağsız düyü, 1 dilim kərə yağı. Sonda isə şəkərsiz moruq kompotu.


Nahar: Göyərti və pomidordan hazırlanan, üzərinə azca yağ tökülən salat, suda bişmiş mal əti.


Axşam tərəfi:1 ədəd armud və ya 6 ədəd quru meyvə. 10 ədəd badam, 30 qr. qara şokolad

 

Şam yeməyi: Bir parça suda bişmiş balıq və ya toyuq filesi. Bir boşqab tərəvəz, 1 stəkan albalı şirəsi.

II gün
Səhər: Yaşıl çay, bir dilim düyü unundan çörək, yağsız yoqurt və badam.

Nahar: Hisəverilmiş balıq, pomidor və göyərtidən hazırlanan salat. Yaşıl noxuddan hazırlanan püre.

Axşam tərəfi: Alma, ½ avakado, 3 ədəd zeytun.

Şam yeməyi: Bir dilim yağsız balıq, yumurta, kələm, 1 stəkan ağ şərab.

III gün
Səhər: Bitki çayı, suda bişmiş qarabaşaq, 100 qr. Yağsız kəsmik.

 

Nahar: Kök və dəniz kələmindən hazırlanan salat, 1 yumurta, lobya püresi.

Axşam tərəfi: Bir az günəbaxan tumu, 30 qr. Qara şokolad.

Şam yeməyi: Dəniz məhsulu, pomidor, bibər və göyərtidən hazırlanan salat. İtburnu dəmləməsi.


Üç günlük menyudan gün ərzində istədiyinizi seçin. Pəhrizi on gün davam etdirmək lazımdır. Bir həftə fasilə verdikdən sonra yenidən pəhrizə başlamaq mmkündür.