Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-21 16:23:00
“Səriştəli metodist” layihəsində iştirak üçün müraciət edən namizədlərin seçimi aparılır

Təhsil İnstitutu “Məktəblərdə keyfiyyətli metodik xidmət” proqramı çərçivəsində regionlarda “Səriştəli metodist” layihəsinə namizədlərin seçim prosesini davam etdirir.

İnstitutdan AzEdu.az-a bildirilib ki, iyulun 14-dən 31-dək müraciət edən namizədlərin müsahibə mərhələsi avqustun 18-dən etibarən başlanıb. Metodik Dəstək Mərkəzində keçirilən müsahibə mərhələsinə 60 test tapşırığının 45-dən çoxuna düzgün cavab verən iştirakçılar dəvət edilib.

Qeyd edək ki, layihə üçün avqustun 1-dən 15-dək müraciət edən namizədlərə növbəti mərhələlərlə bağlı məlumatlar onların elektron poçt ünvanlarına göndərilir.