Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-21 15:21:00
Mətn üzrə işin təşkili ilə bağlı müəllimlərin bilik və bacarıqları təkmilləşdirilir

Təhsil İnstitutunun Təhsil işçilərinin peşəkar inkişafı mərkəzi tərəfindən “Pedaqoji kadrların ixtisasartırma təlimini həyata keçirən şəxslər üçün təlim proqramı” əsasında “Mətn üzrə işin təşkili metodikası” mövzusunda təlimlər keçirilir.

İnstitutdan AzEdu.az-a bildirilib ki, 42 akademik saatı əhatə edən təlim proqramının məqsədi Azərbaycan dili və ədəbiyyat fənninin tədrisi zamanı mətn üzrə işin təşkili ilə bağlı mövcud bilik və bacarıqların təkmilləşdirilməsi, həmçinin müəllimlərin metodik vəsaitdən istifadə bacarıqlarının formalaşdırılmasıdır.
Təlim gündə 6 akademik saat olmaqla 7 gün davam edəcək. Sonda müdavimlər yekun qiymətləndirilmə imtahanında iştirak edəcək və uğur qazanmış namizədlər təlimlərə cəlb olunacaq. İştirakçıların əksəriyyəti regionlardan müraciət etmiş müəllimlərdir.

Qeyd edək ki, təlim hibrid formada keçirilib. Təlimdə fiziki olaraq iştirak edə bilməyən müəllimlərə onlayn formada qoşulmaq imkanı da yaradılıb.