Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-20 11:40:00
 “Heç kəsdə vaksinə görə hər hansı bir xəstəlik əmələ gəlməyib”-Şahmar Mövsümov

“Heç kəsdə vaksinə görə hər hansı bir xəstəlik əmələ gəlməyib”.

 

Bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, peyvəndləmə prosesinə elmi əsaslara söykənərək başlanılıb:

 

“Ölənlərin 99 faizi vaksin olmayan insanlardır. Vaksinin effektiv olması heç kəsdə şübhə doğurmamalıdır”.