Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-19 12:00:00
Dağ-mədən sahəsində müvafiq ixtisaslar üzrə yüksək hazırlıqlı kadrlar yetişdirilir  

Azərbaycan Texniki Universiteti (AzTU) ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən dağ-mədən sahəsində müvafiq ixtisaslar üzrə yüksək hazırlıqlı kadrlar yetişdirilir.

 

AzTU-dan AzEdu.az-a bildirilib ki, universitetin müxtəlif fakültələrinin bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələr şirkətin istehsalat təcrübəsinə cəlb olunur. Həmçinin istehsalat təcrübəsində fərqlənmiş tələbələr elmi-tədqiqat və layihələndirmə işlərində iştirak edir.

 

Xatırladaq ki, 2021-ci il yanvarın 12-də “AzerGold” QSC və AzTU arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Əməkdaşlıq sənədində qarşılıqlı razılıq əsasında ölkə ərazisində əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, bu sahədə yeni texnologiyaların tətbiqi və ixtisaslı kadr hazırlığı konsepsiyalarının birgə layihələndirilməsi və icrası nəzərdə tutulub.