2021-08-18 14:24:00
Elektron məzmunun yaradılması istiqamətində təlimlərin sertifikatları təqdim olunub-FOTO
“Müəllimlərin potensialının artırılması və Azərbaycan Respublikası Təhsil Nazirliyi üçün təhsil informasiya sisteminin yaradılması” texniki yardım layihəsi çərçivəsində təhsil işçiləri üçün təşkil olunan təlimlərin beynəlxalq sertifikatları təqdim olunub.
AzEdu.az xəbər verir ki, qeyd olunan proqramda iştirak edən müdavimlər üçün sertifikatların təqdim olunması mərasimi Koreyalı mütəxəssislərin iştirakı ilə ARTİ-nin Təhsil işçilərinin peşəkar inkişafı mərkəzində keçirilib.
Qeyd edək ki, Azərbaycan və Koreya hökumətləri arasında həyata keçirilən təlim proqramına 35 nəfər iştirak hüququ qazanıb. Təlim proqramının məqsədi effektiv onlayn təhsilin təmin edilməsi üçün elektron məzmunun yaradılması istiqamətində Koreya təcrübəsindən faydalanmaqdır.
İştirakçılar təlimdə onlayn təhsil üçün tədris strategiyası və təlim proqramlarının yazılması, hekayə lövhəsinin hazırlanması və dizaynı, video dərslərin çəkilişi və montaj olunması kimi nəzəri və praktik biliklərə yiyələniblər. Təlim proqramını uğurla bitirən və beynəlxalq sertifikat əldə edən təhsil işçiləri təlimdə qazanılan biliklər əsasında elektron məzmunların yaradılmasında iştirak edəcəklər.
Təlimlər Azərbaycanda ARTİ və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin birgə dəstəyi ilə keçirilib.
Bu bölməyə aid digər xəbərlər
Birinci sinfə qəbuldan necə imtina etmək olar? - İZAH
2024-05-02 15:20:36
Emin Əmrullayevdən Xocalı və Xankəndi ilə bağlı MÜJDƏ
2024-04-16 12:28:00
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır
2024-04-09 15:52:07
Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək
2024-04-08 14:54:22
Firudin Qurbanov Goranboy şəhəri 1 nömrəli məktəbdə olub
2024-04-05 17:55:16
Elm və təhsil nazirinə yeni müşavir təyin olunub
2024-04-03 16:09:48
Qəbulu test imtahanı ilə aparılacaq dövlət qulluğu vəzifələrinin sayı artırılıb
2024-04-03 15:43:11
Ekspert Bankına qeydiyyat başlayır
2024-03-15 17:46:20
RFO-da finala keçən şagirdlərin statistikası
2024-03-12 17:09:07
Bu kollecin direktor müavini işdən çıxarılıb
2024-03-12 12:32:41
kitabı
ÇOX OXUNANLAR
6 May 2024, 09:20
Sertifikasiya: “Təkrar imtahan müəllimlər üçün böyük şansdır”
7 May 2024, 10:17
Məktəblilər arasında dava ölümlə nəticələnib
30 Aprel 2024, 15:18
Maksimum bal toplayanlar bu məktəbin şagirdləridir- SİYAHI
2 May 2024, 13:02
I ixtisas qrupunda tələbat olmayan İXTİSASLAR
30 Aprel 2024, 12:10
“Bu il magistraturaya qəbulda güclü rəqabət olacaq”
1 May 2024, 12:45
Polis Akademiyasına qəbul: Ballar enəcək?
2 May 2024, 10:24
Bu kollecə yeni direktor təyin olunub
3 May 2024, 10:48
Sertifikasiya imtahanının dəqiq vaxtı AÇIQLANDI
FACEBOOK