Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-18 10:36:00
Təhsil İnstitutu: Kompüter elmləri və texnologiyaları ixtisaslaşması üzrə müəllimlər əməkdaşlığa dəvət olunur  

Təhsil İnstitutu “SABAH Magistratura” proqramı çərçivəsində 2021/2022-ci tədris ilinin payız semestrində Bakı Dövlət Universitetinin kompüter elmləri və texnologiyaları ixtisaslaşması üzrə müəllimləri əməkdaşlığa dəvət edir.

 

Bu barədə AzEdu.az-a institutdan bildirilib. Qeyd olunub ki, kompüter elmləri və texnologiyaları ixtisaslaşması çərçivəsində aşağıdakı fənləri tədris edəcək namizədlərin müraciətləri dəyərləndiriləcək:

 

Proqram təminatının inkişafı (proqram təminatının inkişaf mərhələləri, proqram təminatının həyat dövrü modelləri, struktur proqramlaşdırma və obyekt yönümlü proqramlaşdırma üsulları və s.);

 

Süni intellektə giriş (süni intellekt sistemlərinin işlənməsində istifadə olunan əsas model, üsul, vasitələr və proqramlaşdırma dilləri haqqında sistemləşdirilmiş biliklərin verilməsi, süni intellekt sistemlərində tətbiq edilən həllin axtarışının əsas üsulları ilə tanışlıq, müasir maşın öyrənmə problemlərinin həlli üçün neyroşəbəkə vasitələrindən istifadə və s.).

 

Namizədlərdən müvafiq ixtisas üzrə elmi dərəcə və ya tam ali təhsil (magistratura), sahə üzrə 3 ildən az olmayaraq ali təhsil müəssisəsində tədris təcrübəsi və ya müvafiq sahədə 5 il iş təcrübəsi, Azərbaycan dilində səlis ünsiyyət, İKT resurslarından sərbəst istifadə, innovativ tədris metodlarından istifadə, ünsiyyət və təqdimat bacarıqları tələb olunur.

 

Müsabiqədə iştirak etmək istəyən müəllimlərdən öz CV-lərini və tədris edəcəkləri fənnin sillabusunun ilkin nümunəsini (Mövzu (subject) bölməsində fənnin adını qeyd etməklə) [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

 

Yalnız ilkin mərhələni uğurla tamamlayan namizədlər növbəti mərhələ ilə bağlı məlumatlandırılacaq.

 

Müraciətlər avqustun 23-ü saat 23:59-dək qəbul olunur.