Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-17 16:42:00
Təbiət fənləri üzrə dərsliklərin müzakirəsi aparılıb  
ARTİ-nin Tədris resursları və Təhsil standartları və proqramları şöbələrinin əməkdaşları və V sinif Təbiət dərsliyinin müəlliflər qrupu Təhsil nazirinin müşaviri Elnur Əliyevlə onlayn görüşdə iştirak ediblər.
 
 
AzEdu.az xəbər verir ki, Görüşdə Təbiət dərslik komplektinin maketinin məzmununun və quruluş tərtibatının son redaktə işlərinin gedişatı, “Təbiət” fənninin VI sinifdə də təliminin davam etdirilməsinin zəruriliyi, habelə təbiət fənlərinin (fizika, kimya və biologiya) gələcəkdə ümumi orta təhsil səviyyəsindəki yeri və məzmunu haqqında qarşılıqlı təkliflər müzakirə edilib.