Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-17 14:28:00
Təhsil İnstitutu Azıx mağarası ilə bağlı vebinar təşkil edəcək

Təhsil İnstitutu işğaldan azad edilmiş ərazilərdə humanitar və tarixi, təhsil, mədəniyyət, dini məsələlər üzrə fəaliyyətlərə start verib. Fəaliyyətlər çərçivəsində institut tərəfindən onlayn formatda bir sıra mövzular üzrə vebinarlar təşkil olunur.

 

AzEdu.az xəbər verir  ki, növbəti vebinar “Azıx mağarasından Qafqaz Albaniyasının yaranmasına qədər. Azərbaycan – dünya sivilizasiyasının mərkəzlərindən biri kimi” mövzusunda keçiriləcək. Vebinarda spiker qismində Azərbaycan Dövlət Pedaqoji Universitetinin elmi katibi, Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru İradə Qasımova çıxış edəcək. Onlayn tədbir avqustun 23-də saat 19:00-da Təhsil İnstitutunun feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.

 

Vebinarların keçirilməsində məqsəd işğaldan azad edilmiş ərazilərin mədəni sərvəti, o cümlədən Qafqaz Albaniyası irsi haqqında məlumatlandırmanın, təbliğat və təşviqat, maarifləndirmə işlərinin həyata keçirilməsidir.