Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-17 11:12:00
Məktəbəhazırlıq qruplarına qəbulla bağlı 45 minə yaxın müraciət edilib

2021-2022-ci tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu davam edir.

 

AzEdu.az xəbər verir ki , qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

 

Bu günədək respublika üzrə ümumilikdə 43 053 nəfər məktəbəhazırlığa qəbul üçün elektron sorğu yerləşdirib. Onlardan 36 378 nəfəri Azərbaycan, 6 675 nəfəri isə rus bölməsi üzrədir.

 

Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu ilə bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2021-ci il saat 18:00-da başa çatacaq.