Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-14 17:00:00
Türkiyədə sel fəlakətində ölənlərin sayı 44-ə çatıb

Türkiyədə sel fəlakəti nəticəsində ölənlərin sayı 44-a yüksəlib.

 

AzEdu.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

 

 

Qeyd edək ki, Türkiyənin Qara dəniz sahillərində yerləşən Kastamonu, Bartın və Sinop şəhərlərində leysan yağışları nəticəsində sel fəlakəti yaşanıb. Genişmiqyaslı dağıntılar baş verib, şəhərlərə böyük ziyan dəyib.