Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-14 16:30:00
"Fəlsəfə" elminin Ali məktəblərdə tədrisdən sıxışdırıb çıxarmaq çox səhv addımdır - Etibar Əliyev 
"Fəlsəfə; çürük qozlarla dolu bir dənizdə möhkəm qozu axtarmaqdır." Nacib Fazil Qısakürək
 
"Fəlsəfə" elminin Ali məktəblərdə tədrisdən sıxışdırıb çıxarmaq çox səhv addımdır. Universitetlərin əksəriyyətində isə düşüncə və idarakın elmi olan "Fəlsəfə"ni təhrif olunmuş formada tədris edirlər. Məhz belə hallar sayəsində elmlərin şahı gözdən salındı. Fəlsəfəyə bu cür yanaşmanın Müəllim hazırlığı və digər peşələr üzrə kadr hazırlığına mənfi təsiri danılmazdır.
 
 
AzEdu.az xəbər verir ki, bunu millət vəkili Etibar Əliyev facebook səhifəsində yazıb 
 
 
 
Bildirib ki, "Bir çox Universitetlərdə isə kafedralar bağlanıb. Dünyanın inkişaf etmiş ölkələrində "Fəlsəfə" artıq Orta məktəblərdə tədris olunur. Fəlsəfənin bu günə düşməsinin əsas səbəblərindən biri də onu "Dialektik materializm"in şinelindən çıxarda bilməməyimiz oldu. Dünya Universitetlərində fizikanın fəlsəfəsi, riyaziyyatın fəlsəfəsi, elmin fəlsəfəsi, sünii intellektin fəlsəfəsi, biologiyanın fəlsəfəsi və s. kimi fənlər tədris olunur. Və heç təsadüfi deyil ki, elmi dərəcələr veriləndə istiqamətlərin qarşısına "fəlsəfə doktoru" ifadəsi yazılır. Fəlsəfəni bilməyə-bilməyə fəlsəfə doktoru? "
 
 
"Moskva Dövlət Universitetində "Fəlsəfə" istiqaməti özündə 16 kafedranı birləşdirir"
 
 
 
"Diqqət edin: Məntiq, Dünya mədəniyyətinin tarixi və nəzəriyyəsi, Ontologiya və idrak nəzəriyyəsi, Sosial fəlsəfə və Fəlsəfə tarixi, Fəlsəfə və elmin metodologiyası, Etika, Estetika, Rus fəlsəfəsinin tarixi, Qərb fəlsəfəsi tarixi, Din fəlsəfəsi və dinşünaslıq, Antropologiya fəlsəfəsi, Siyasətin və hüququn fəlsəfəsi, Dil və Kommunikasiyanın fəlsəfəsi, Təhsilin fəlsəfəsi, Humanitar elmlərdə fəlsəfə, Təbiət elmlərində fəlsəfə.
 
 
 
Son olaraq qeyd edib ki, " Yeri gəlmişkən, Ali təhsil üçün son dərəcə zəruru olan "Psixologiya" elmini də "Fəlsəfə"nin gününə salmışıq. Görkəmli maarif xadimi, akademik Mehdi Mehdizadə haqlı olaraq deyirdi: "Pedaqogika və psixologiya müəllimin qoşa qanadı olmalıdır. Bu olmadan müəllim yaxşı tərbiyəçi də ola bilməz."