Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-13 14:00:00
Məktəb inspektoru vakansiyası üzrə imtahanlar keçirilib  

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən “Məktəblərdə keyfiyyətin inspeksiyası” layihəsi çərçivəsində məktəb inspektoru vakansiyası üzrə yazılı imtahanlar keçirilib.

 

AzEdu.az xəbər verir ki, imtahanlarda vakansiya üzrə iyulun 10-dək müraciət etmiş və vakansiya tələblərinə uyğun hesab olunan namizədlərin bilikləri yoxlanılıb.

 

İmtahanlarda 220-si qadın, 115-i kişi olmaqla, ümumilikdə 335 nəfər iştirak edib. Yazılı imtahan mərhələlərindən uğurla keçən 65 namizəd müsahibə mərhələsinə dəvət olunub, 26 nəfər namizəd isə bu mərhələdən növbəti mərhələyə keçib.

 

Qeyd edək ki, bütün namizədlər nəticələr barədə müvafiq qaydada məlumatlandırılıb. Müsahibədən uğurla keçən namizədlər növbəti mərhələdə təlimlərə cəlb olunacaq, təlimləri uğurla başa vuranlar isə 2021-2022-ci tədris ilinin I yarısında sınaq inspeksiyalara cəlb olunacaqlar.