Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-12 15:13:00
Sabah növbəti qabiliyyət imtahanları təşkil ediləcək  

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin bakalavriatura səviyyəsinə, o cümlədən ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul üçün keçirilən xüsusi qabiliyyət imtahanlarının tarixləri müəyyənləşib.

 

AzEdu.az xəbər verir ki, avqustun 13-də bədən tərbiyəsi (11 illik), musiqi sənəti (ali və 9 illik), təsviri sənət (ali, 11 illik) və teatr-kino-xoreoqrafiya (11 illik) istiqamətləri üzrə növbəti qabiliyyət imtahanları təşkil ediləcək.

 

Abituriyentlər imtahanların tarixi ilə “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ndə tanış olmalıdırlar.