Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-10 18:15:00
I və IV ixtisas qrupları üzrə ölkə birinciləri bu məktəblərin məzunlarıdır-DİM

Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 27-28-də I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında ən yüksək bal toplayan abiuriyentlərin oxuduqları məktəblərin adları açıqlanıb.

DİM-dən AzEdu.az-a verilən məlumata əsasən, Sumqayıt şəhəri, 11 saylı orta məktəbin məzunu hər iki mərhələnin cəminə görə 697.1 bal toplayıb və bu nəticə I ixtisas qrupu üzrə ən yüksək baldır.

Cəbrayıl rayonu, Sirik kənd orta məktəbinin (Ə.Veysəlov adına) məzunu hər iki mərhələnin cəminə görə 692.5 bal toplayıb və bu nəticə IV ixtisas qrupu üzrə ən yüksək baldır.
 
 
 
Firayə Allahverdiyeva
Müəllifin digər yazıları