Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-10 15:45:00
Səriştəli metodist” layihəsinə qəbul davam edir  

Təhsil İnstitutunun “Məktəblərdə keyfiyyətli metodik xidmət” proqramı çərçivəsində “Səriştəli metodist” layihəsinə qəbul davam edir.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, layihəyə qoşulmaq istəyən şəxslərin müraciətləri avqustun 15-dək qəbul olunur. Hazırda layihədə iştirak etmək üçün müraciət edən namizədlərin CV-ləri təhlil olunur.

 

İyulun 14-31-də müraciət etmiş namizədlərdən təlimata uyğun gələnlərin elektron poçt ünvanlarına imtahan mərhələsində iştirakla bağlı məlumatlar göndərilib. İyulun 31-dən avqustun 15-dək müraciət edən uyğun namizədlərlə ayın sonuna qədər əlaqə saxlanılacaq.

 

İmtahandan uğurla keçən namizədlər müsahibə mərhələsinə dəvət ediləcək.

Seçilən iştirakçılar yerli və beynəlxalq ekspertlər tərəfindən keçiriləcək təlimlərə qatılmaq, həmçinin özünüinkişaf və karyerada yüksəliş imkanı əldə edəcəklər. Layihə çərçivəsində iş qrafiki xidməti müqavilə əsasında xüsusi tərtib olunacaq.