Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-10 09:36:00
Sabah növbəti qabiliyyət imtahanları keçiriləcək 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin bakalavriatura səviyyəsinə, o cümlədən ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul üçün keçirilən xüsusi qabiliyyət imtahanlarının tarixləri müəyyənləşib.

 

AzEdu.az bildirilir ki, avqustun 11-də bədən tərbiyəsi (11 illik), təsviri sənət (9 illik), musiqi (11 illik) və təsviri sənət (11 illik) istiqamətləri üzrə növbəti qabiliyyət imtahanları təşkil ediləcək.

 

Abituriyentlər imtahanların tarixi ilə “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ndə tanış olmalıdırlar.