Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-09 16:16:00
MİQ narazılığı,  yeni  tədris ilinin narahatlığı, imtahan müzakirələri -Həftənin təhsil icmalı

AzEdu.az ötən həftənin təhsil icmalını təqdim edir:

 

 

Yola saldığımız həftədə 2-8 avqust təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

 

 

 

Müəllimlərin işə qəbulu üzrə test imtahanı mərhələsi başa çatıb:

 

 

İyulun 5-dən start verilən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi yekunlaşıb.

 

 

MİQ üzrə vakansiya seçimi başlayıb:

 

 

Azərbaycan dili, alman dili, fizika, fiziki tərbiyə, fransız dili, kimya, informatika, riyaziyyat, rus dili və ədəbiyyatı, texnologiya və təsviri incəsənət fənləri üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində iştirak edən namizədlər üçün vakansiya seçimi mərhələsinə start verilib.

 

 

Məktəbəhazırlıq qruplarına qəbulun tarixi açıqlanıb:

 

 

Avqustun 10-dan 2021-2022-ci tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbuluna start veriləcək.

 

 

Şaagirdlərin yerdəyişməsinə başlanılır:

 

 

Avqustun 9-u saat 11:00-dan etibarən məktəbəhazırlıq qrupları, I və X siniflər istisna olmaqla digər siniflərdə təhsil alan şagirdlər üçün elektron yerdəyişmə prosesinə başlanılır.

 

 

V qrant müsabiqəsinin nəticələri açıqlanıb:

 

 

Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi”nin nəticələri açıqlanıb.

 

 

 

Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb:

 

 

Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul olmaq üçün avqustun 4-də keçirdiyi baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının ikinci cəhdinin nəticələrini elan edib.

 

 

Magistraturanın boş qalan yerlərinə qəbul elan edilib:

 

 

Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 5-dən 11-dək 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə qəbul olmaq üçün ixtisaslaşma seçimi elan edib.

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları