Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-09 10:36:00
DİM-də 2021-ci il avqustun 7-də TOEFL iBT imtahanları keçirilib

Koronavirusla (COVID-19) mübarizə ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.

 

AzEdu.az xəbər verir ki, Günün birinci yarısında keçirilən imtahanda 13, ikinci yarısında keçirilən imtahanda isə 14 nəfər olmaqla, ümumilikdə 27 nəfər (o cümlədən 2 əcnəbi) imtahanlarda iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

 

Növbəti TOEFL iBT imtahanının avqustun 21-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı verilmiş linkdən əldə etmək mümkündür: http://dim.gov.az/activities/exams/toefl/