Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-07 10:00:00
“Səriştəli metodist” layihəsinə müraciət edən namizədlərin şəxsi məlumatları təhlil olunur

Təhsil İnstitutu “Məktəblərdə keyfiyyətli metodik xidmət” proqramı çərçivəsində regionlarda “Səriştəli metodist” layihəsinə start verib. Layihəyə qoşulmaq istəyən şəxslərin müraciətləri avqustun 15-dək qəbul olunur.

 

AzEdu.az xəbər verir ki, hazırda Metodik Dəstək Mərkəzi tərəfindən layihədə iştirak etmək üçün müraciət edən namizədlərin CV-ləri təhlil olunur.

 

İyulun 14-31-də müraciət edən namizədlərdən təlimata uyğun gələnlərin elektron poçt ünvanlarına imtahan mərhələsində iştirakla bağlı məlumatlar göndərilib. Namizədlərdən uyğun gələnlər üçün avqustun 10-da seçim imtahanları keçiriləcək.

İyulun 31-dən avqustun 15-dək müraciət edən uyğun namizədlərlə ayın sonuna qədər əlaqə saxlanılacaq.

İmtahandan uğurla keçən namizədlər müsahibə mərhələsinə dəvət ediləcək.

Seçilən iştirakçılar yerli və beynəlxalq ekspertlər tərəfindən keçiriləcək təlimlərə qatılmaq, həmçinin özünüinkişaf və karyerada yüksəliş imkanı əldə edəcəklər. Layihə çərçivəsində iş qrafiki xidməti müqavilə əsasında xüsusi tərtib olunacaq.