Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-09 16:36:00
İxtisaslar üzrə əvvəlki ilin keçid balları bu il təkrarlanmayacaq, dəyişəcək-DİM açıqladı

Ayrı-ayrı ixtisaslar üzrə keçid ballarının bu il hansı səviyyədə formalaşacağı barədə müsabiqədən əvvəl dəqiq məlumat vermək mümkün deyil.


AzEdu.az DİM-ə istinadən xəbər verir ki, abituriyentlərin ixtisas seçimi zamanı müsabiqə vəziyyəti yüksək və aşağı olan ixtisaslar haqqında ümumi məlumat əldə edib, təxmini istiqamət götürə bilmələri üçün DİM tərəfindən əvvəlki illərin keçid balları dərc olunur.

 

Lakin bəzi abituriyentlər belə düşünürlər ki, ayrı-ayrı ixtisaslar üzrə əvvəlki ilin keçid balları növbəti ildə eynilə təkrarlanır. Bu, birtərəfli yanaşmadır, ona görə ki, keçid balı ildən-ilə ya azalmağa, ya da artmağa doğru dəyişə bilər.     

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları