Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-06 10:36:00
Müəllimlərin işə qəbulu müsabiqəsində vakansiya seçimi başa çatdı

Avqustun 6-da Azərbaycan dili, alman dili, fizika, fiziki tərbiyə, fransız dili, kimya, informatika, riyaziyyat, rus dili və ədəbiyyatı, texnologiya və təsviri incəsənət fənləri üzrə test imtahanlarında iştirak etmiş namizədlər üçün vakansiya seçimi prosesi başa çatır. Qeyd olunan fənlər üzrə namizədlər şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər. Proses bu gün saat 10:59-dək davam edəcək. 

 

AzEdu.az xəbər verir ki, müəllimlərin işə qəbulu müsabiqəsində informatika fənni üzrə iştirak etmiş namizədlərə bu il ilk dəfə olaraq "Rəqəmsal bacarıqlar" layihəsi üzrə də vakansiya seçmək imkanı verilib. Həmin namizədlər şəxsi səhifələrinə daxil olaraq layihə üzrə çıxarılan vakansiyaları seçə bilərlər.